24-31 avqust aralığında Valorant oyunu üzrə beynəlxalq onlayn turnir keçiriləcək. Oyunlar Bakı vaxtı ilə saat 19:00 və 21:00-da başlayacaq.

“GLA Baku Summer Cup 2021” adlı yarış “Gaming League Azerbaijan”, Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.

ВоЗ sistemiylə baş tutacaq turnirdə MDB məkanından 8 klub təmsil olunacaq.

Mübarizə aparacaq komandaların siyahısı: GMT, “Axsor” “Aim.Attack”, “Singularity”, “tyeasy”, “EZKatka”, “Moscow Five jr” və “Smarics Esports”.

Yarışın ümumi mükafat fondu 5000 ABŞ dolları təşkil edir.