Heydər Əliyev prospektində yanğın başlayıb. Hadisə Koroğlu metrosunun yaxınlığında qeydə alınıb. Hasarın alkopandan ibarət üzlüyü yanır. Prospektdə sıxlıq yaranıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.

 

Xəbər yenilənib 15:15

250 kv.m ərazini əhatə edən yanğın 30 dəqiqə ərzində söndürülüb. Xəsarət alan yoxdur. Yaxınlıqda yerləşən meyvə tərəvəz anbarı və avtomobil emalatxanasına ziyan dəyməyib.

Yanğının baş verməsinin səbəbləri araşdırılır.