Paytaxtın Suraxanı rayonunda narkotik maddələrin satışı ilə məşğul 32 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat ximdəti bu gün, 24 avqustda məlumat verib.

Saxlanılanlardan 4-ü qadındır. Hövsan, Əmircan, Bülbülə, Zığ və Qaraçuxur qəsəbələrində keçirilən əməliyyatlar zamanı tiryəkxanalar da aşkar olunub.

Son əməliyyatlar nəticəsində ümumilikdə 4 kiloqrama yaxın narkotik maddə dövriyyədən çıxarılıb.

Faktlarla bağlı araşdırmalara başlanılıb.

Daha bir əməliyyat bu gün, 24 avqustda Qubada keçirilmişdir. Bakı sakinləri olan 3 nəfər narkotacir saxlanılmışdır.