Bakıda kişi meyiti aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi bu gün, 24 avqust tarixində məlumat verib.

Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı ilə bağlı FHN-nin qaynar xəttinə məlumat daxil olub. Qeyd olunan ünvana gələn əməkdaşlar qapını açandan sonra mənzildə 59 yaşlı Telman Talıbovun meyitini aşkar ediblər. Cəsəd aidiyyəti qurumlara təhvil verilib.

Bundan əvvəl, Binəqədi rayonunda 21 avqust axşam saatlarında FHN-nin əməkdaşları tərəfindən kişi cəsədi aşkar olunmuşdur.