BakuPlus.az müxbirinin məlumatına görə, Bakının Ziya Bünyadov prospektində 23 avqust saat 23:00 radalərində yol nəqliyyat hadisəsi baş verib.
Koroğlu – 20 Yanvar metrostansiyası istiqamətində gedən “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək bordyura dəyib, daha sonra “Kamaza” çırpılıb. Hadisə nəticəsində bir nəfər xəsarətlərlə xəstəxanaya yerləşdirilb, minik avtomobilinə isə ciddi zərər dəyib.
Oxşar hadisə bu gün gecə saatlarında Mehdiabad qəsəbəsində baş verib. İki avtomobilin toqquşması nəticəsində 67 yaşlı Mübariz Zeynalov diz qapağının sınığı və sol qaşın kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb.