Bakıda ASAN xidmət mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə bağlı qəbul saatında dəyişiklik edilib. Bu haqda bu gün qurumun rəsmi saytında məlumat paylaşılıb.

Dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsiylə bağlı xidmətlər indi həftəiçi saat 09:00-dan saat 20:00-dək fasiləsiz fəaliyyət göstərəcək. Bu qərar müraciətlərin çoxluğu nəzərə alınaraq həyata keçirilib.

Həmçinin, analoji dəyişikliklər Gəncə və Sumqayıt ASAN xidmət mərkəzlərinə də aid edilib.