Bakı şəhəri, Nərimanov rayonu Mirzə Uluqbəy küçəsində (Əhməd Rəcəbli və Faiq Yusifov küçələri arasında qalan hissə) bu gün, 25 avqust saat 21:00-dən sabah səhər saat 06:00-a qədər nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu haqda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Məhdudiyyətlər təmir işləri ilə əlaqədər nəzərdə tutulub. Sürücülərdən həmin ərazidə diqqətli olmaq, mümkün olan alternativ yollardan istifadə etmək xahiş olunur.