Bakının Qobu qəsəbəsində 26 yaşlı gənc qadın 24 avqust tarixində keçmiş əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Bu barədə bu gün, 25 avqust məlum olub.

Kəmalə Sultanova yaşadığı evin yaxınlığında keçmiş əri, 32 yaşlı Nurlan Sultanov tərəfindən aralarında yaranmış mübahisə nəticəsində bıçaqlanıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Nurlan Sultanov könüllü olaraq təslim olduqdan sonra şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.