Səbail rayonu Badamdar qəsəbəsində 1 tondan çox çətənə və marixuana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 25 avqust tarixində məlumat yayıb.

H.Əlizadəyə məxsus həyətyanı sahədə 995 kiloqram çətənə və 31,5 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam edir.

Bundan əvvəl ötən gün, 24 avqustda Paytaxtın Suraxanı rayonunda narkotik maddələrin satışı ilə məşğul olan 32 nəfər saxlanılmışdır. Ümumilikdə 4 kiloqrama yaxın narkotik maddələr dövriyyədən çıxarılmışdır.