Bakıda iki nəfər oğurluq etdiyinə görə saxlanılıb. Bu barədə bu gün, 25 avqust, məlum olub.

Əməliyyat Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşları tərəfindən aparılıb. İstintaq ərzində məlum olub ki, R.Xəlilov və Ə.Həsənov cəmi 3 evdən televizor, noutbuk, kamera, səsgücləndirici, naqil və məişət əşyaları oğurlayıb.

Faktla bağlı araşdırma davam edir.