Paytaxt rayonlarının birində kişi meyiti aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti 25 avqust tarixində məlumat yayıb.
Xətai rayonunda bir nəfərin bağlı qapı arxasında qaldığı haqda FHN-nin qaynar xəttinə məlumat daxil olub. Qeyd olunan ünvana gələn əməkdaşlar qapını açandan sonra mənzildə 60 yaşlı Yeramin Aleksandr Vladimiroviçin meyitini aşkar ediblər. Cəsəd aidiyyəti qurumlara təhvil verilib.
Bundan əvvəl, Yasamal rayonunda ötən gün, 24 avqust tarixində FHN-nin əməkdaşları tərəfindən kişi cəsədi aşkar olunmuşdur.