Paytaxtın Xəzər rayonunda 25 avqust səhər saatlarında yanğın qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

20 kv.m sahəsi olan köməkçi tikili içərisindəki məişət əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə zamanı heç kim xəsarət almayıb və yaxınlıqdakı evə ziyan dəyməyib.

Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.

Bundan əvvəl ötən gün, 24 avqustda paytaxtın Xətai rayonunda yanğın qeydə alınmışdır.