Paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi bu gün, 25 avqust tarixində məlumat yayıb.

Bakı şəhər sakini İ.Əliyev idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən Züleyxa Məmmədovaya çırpılıb. Qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son həftə ərzində Bakıda 10 nəqliyyat hadisəsi qeydə alınıb. Xəsarət alan 10 nəfərin içində 1 yaşlı uşaq da olub.