Bakı metropoliteninin inzibati binalarının birində pəncərələrin təmiri üçün 53.553 manat pul ayrılıb. Bu barədə Bakı metropoliteninin mətbuat xidməti məlumat yayıb.

Elmlər Akademiyası metrostansiyasının inzibati binasının 5-ci mərtəbəsindəki pəncərələr təmir olunacaq. Bununla bağlı elan olunan açıq tenderin qalibi  “Nimex” MMC şirkəti olmuşdur.

Bir neçə gün öncə Yasamal rayonu ərazisində avtomobil yollarının təmir-bərpası üçün Avtomobil Yolları Dövlət Agentliyinə 1,6 milyon manat ayrılmışdır.