Bakıda avtokran sürücüsü ehtiyatsızlıq nəticəsində qoşqu ilə avtomaşının arasında qalaraq dünyasını dəyişib. Hadisə 25 avqust, Binəqədi rayonunda baş verib.

Sürücü Ülfət Şəmiyev “VS Enerji Servis” MMC-nin sifarişi əsasında idarə etdiyi avtokran və qoşqunu idarə edərkən avtomaşın ətalətini itirib. Kranın qoşqunun üzərinə aşması nəticəsində sürücü arada qalaraq sıxılıb və ölüb.

Hazırda faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.