Bakı şəhəri, Qaradağ rayonunda köməkçi tikilidə yanğın baş verib. Bu haqda 25 avqust gecə saatlarında FHN-ın mətbuat xidməti məlumat yayıb.

Hadisə niticəsində ümumi sahəsi 50 kv.m olan tikilinin yanar konstruksiyaları yanıb. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb və yaxınlığındakı qaraja keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb.