Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları “Zoobulvar” əyləncə mərkəzindəki alpakanı nəzarətə götürüb. Bu haqda Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Yoxlanış zamanı heyvanın saxlanma şəraitinin protokola uyğun olmadığı məlum olub.

“Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib. Mərkəz nəzarətdə saxlanacaq”- ETSN rəsmisi Vaqif Cavadov bildirib.

Bir neçə gün öncə sosial şəbəkələrdə paytaxtda yerləşən “Zoobulvar” kontakt zooparkında alpakanın sağlam olmadığına və şəraitinin qənaətbəxş olmadığına dair məlumatlar yayılmışdır.