Daxili İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən verilən məlumata əsasən, bu gün, 26 avqust tarixində avtomobil qaçıran şəxs saxlanılıb.

Qeyd olunur ki, Bakı şəhər sakini R.Kərimova məxsus “Azsamand” markalı avtomobil oğurlanıb. Əvvəllər məhkum olunmuş Kürdəmir rayon sakini R.Qurbanov şübhəli şəxs qismində saxlanıb.

Faktla bağlı araşdırma aparılır.