Paytaxtın Yasamal rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb. Bu haqda, Baş Prokurorluğun mətbuat xidməti bu gün, 26 avqust tarixində məlumat yayıb.
“Archico” MMC tikinti şirkətinin əməkdaşı Ceyhun Paşayev Moskva prospekti ev 75A ünvanında elektrik xəttində təmir işləri görürdü. Cərəyan vurandan sonra ona ilkin yardım göstərilib və təcili tibbi yardım cağırılıb. Təcili tibbi yardım gələnə qədər Paşayev dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb.
Bundan əvvəl, 16 avqustda Binəqədi rayonu Sulutəpə qəsəbəsində Azərişıq əməkdaşını elektrik cərəyanı vuraraq öldürmüşdür.