“Breadfeed” və “Ecodesign” layihələrilə “Enactus Azərbaycan” milli müsabiqəyə qatılan Bakı Ali Neft Məktəbinin komandası respublika üzrə qalib olub. Bu barədə 27 avqust tarixində məlum olub.

Komanda ən yaxşı layihəni ərsəyə gətirib və qalib olaraq “Enactus Dünya Kuboku”nda iştirak etmə hüququ qazanıb. Tələbə gənclərin iştirak etdiyi yarış onlayn formatda və fiziki formatda keçirilib.

Qeyd edək ki, “Enactus” beynəlxalq kommersiya təşkilatıdır. Sosial məsuliyyətli bir iş lideri olmaq üçün cəmiyyəti pozitiv şəkildə dəyişdirmək və praktiki bilikləri öyrənmək istəyən universitet tələbələri ilə işləyir. Hazırda 35-ə yaxın ölkəni təmsil edən komandalar hər il keçirilən “Enactus Dünya Kuboku”nda öz ölkələrini və universitetlərini təmsil edirlər.

Foto Bhos.edu.az saytı
Foto Bhos.edu.az saytı