Paytaxtın Nəsimi rayonunda aksiz markası olmadan siqaretlərin satışı ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda Dövlət Gömrük Komitəsinin mətbuat xidməti bu gün, 27 avqust tarixində məlumat yayıb.
Komitəyə ölkə ərazisinə qaçaqmalçılıqla siqaretlərin gətirildiyi və satışının təşkil edildiyi barədə məlumat daxil olub. Bununla bağlı Bakı şəhərinin Nəsimi rayonunda əməliyyat keçirilib. Şübhəli şəxs avtomobilə məhsul yükləyərkən saxlanılıb.
Nəqliyyat vasitəsindən ümumilikdə 60.000 ədəd “Marlboro” adı altında siqaretlər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl, 19 avqust tarixində Bakının iki rayonunda 192.100 ədəd aksizlə marklanmamış siqaretlər tapılmışdır.