Əhməd Rəcəbli küçəsində avtoyuma məntəqəsi yaxınlıqdan keçən su xəttinə calaq vuraraq qanunsuz istifadə edib.

Yusif Vəzir Çəmənzəminli küçəsində yerləşən ət kəsimi məntəqəsində sudan uçotsuz və sayğacdankənar istifadə etdiyi aşkar olunub.

Nərimanov rayonunda 204 saylı marşrut avtobusunun qarajı kimi tanınan ərazidə yaxınlıqdan keçən su kəmərinə qanunsuz qoşularaq qaraja su çəkilib.

Bütün xətlər ləğv edilib və qanunsuz istifadə olunan suyun həcmi hesablanıb.

2021-ci ilin ilk 7 ayında sudan qanunsuz istifadə ilə bağlı Nərimanov rayonu üzrə 130 fakt aşkarlanıb və beləliklə ölkə üzrə 2 milyon 877 min kubmetr sərfiyyat bərpa olunub.