Bakıda 28 avqust tarixində “Rəssamlar məhəlləsi” layihəsinin açılışı keçiriləcək.

Tədbir saat 19:00-da Salaam Cinema Baku-nun dəstəyi ilə School of Urban Pioneers United(SUP) çərçivəsində baş tutacaq.

Həmçinin musiqi, foto-sərgi və həmin məhəllədə xatirələri olan rəssamlarla bağlı qısa filmin nümayişi olacaq. Bu qısa filmdə beş fərqli rəssam öz xatirələrini bölüşəcək:

  1. Elnur Babayev (rəssam, fotoqraf)
  2. Fərid Ələkbərov (rəssam)
  3. Səbinə Şıxlinskaya (rəssam, kurator)
  4. Bütünay Haqverdiyev (rəssam)
  5. İrina Eldarova (rəssam)

Rəssamlar məhəlləsinin tarixi ilə daha yaxından tanış olmaq istəyənlər İnşaatçılar pr. 28a ünvanına gələrək tədbirdə iştirak edə bilər. “Rəssamlar məhəlləsi” Bakıda ən çox rəssam emalatxanaları yerləşən ərazidir.

* Özünüzlə yemək və içki gətirə bilərsiniz.