Sabah, 28 avqust səhər saatlarından paytaxtın əsas prospekt və küçələrində dezinfeksiya işləri aparılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) məlumat yayıb.

Koronavirus infeksiyasına yoluxmanın artmasıyla bağlı Bakı şəhərində profilaktik tədbirlər həyata keçirilir. Bununla bağlı BŞİH kimyəvi maddələrin toksikliyini nəzərə alaraq sakinlərdən zərurət olmadan çölə çıxmaqdan çəkinmələrini xahiş edir.

26 avqust 2021-ci il tarixinə olan məlumata əsasən son sutka ərzində ölkə ərazisində koronavirus infeksiyasına 3714 yoluxma qeydə alınıb. 2470 nəfə sağalıb, 31 nəfər vəfat edib. Aktiv xəstə sayı 46.968 nəfərdir.