Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verilən məlumata əsasən, Bakının Binəqədi rayonunda “Volkswagen” markalı avtomobilin yanar hissələri yanıb. Hadisə bugün, 27 avqust səhər saatlarında qeydə alınıb.

Avtomobilin mühərrik hissəsi və ön tərəfi yanıb. Hadisə yerinə yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Daha öncə, 13 avqust, Bakının Buzovna qəsəbəsində “Gelandewagen” markalı avtomobil yanmışdır.