Binəqədi rayonu 7-ci mikrorayon sakinləri pis qoxudan və natəmizlikdən əziyyət çəkir.

Fərman Məlikov küçəsində yaşayan insanlar gələn pis iydən şikayətçidirlər. Onların sözlərinə görə, kommunal xidmətlərin işçiləri tullantıları boşaltdığı zaman zibillikdəki qatı mayə küçəyə axır. Nəticə etibarilə mayədən gələn qoxu evləri bürüyür, ətrafda milçəklər dolur. Bu səbəbdən insanlar pəncərələrini aça bilmirlər.

Qeyd edək ki, Binəqədi rayonunun bir çox ərazisində müasir zibil qutuları olsa da, Fərman Məlikov küçəsində isə həmin tullantı qutularından yoxdur.