Bakı şəhərinin mərkəzi küçələrində abadlıq işləri davam edir. Bu barədə Nəsimi rayonunun İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.

Hal-hazırda 28 May metro stansiyasının yaxınlığında, Dilarə Əliyeva və 28 May küçələri boyunca piyada səkiləri genişləndirilir, bordürlər yeniləri ilə dəyişilir, yeni tamet plitələri vurulur.

Sözügedən işlər piyadaların sərbəst hərəkətini təmin etmək məqsədi ilə nəzərdə tutulub.

Bundan əlavə rayonunun C.Səlimov və A.Mustafayev küçələrində təmir işlər davam etdirilir.