Bakı şəhəri Nəsimi rayonunda 27 avqust gecə saatlarında piyadaların iştirakı ilə iki yol-nəqliyyat hadisəsi baş verib. Piyadalar xəsarətlər alıb.

Saat 00:30 radələrində avtomobil yolu keçən 21 yaşlı Rəsul Şəbilini vurub. Piyada təcili yardımın köməyi ilə xəstəxanaya yerləşdirilib, müayinə zamanı ona qapalı kəllə-beyin və bədənin müştərək travmaları diaqnozları qoyulub.

Saat 05:00 radələrində 62 yaşlı Xuraman Ağayeva yolu keçərkən qəzaya uğrayıb. O, təcili yardımla xəstəxanaya çatdırılıb.

Hər faktla bağlı araşdırmalar aparılır.