Paytaxtın Müzəffər Həsənov və Volodarski küçələrinin kəsişməsində piyada keçidində işıqlandırılma sistemi quraşdırılıb. Bu haqda Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti bu gün, 27 avqust tarixində məlumat yayıb.

Sözügedən ərazidə qurğular günəş enerjisi ilə işləyəcək. Bundan başqa yeni səki və panduslar inşa olunub.

Günəş enerjisi ilə işləyən qurğular işıqlandırmanın zəif olduğu daha 32 məntəqədə tətbiq edilməsi planlaşdırılır.