Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Qaradağ rayonunda yollarda təmir-bərpa işləri aparılır.
Səngəçal qəsəbəsində təmirə ehtiyac olan yollarda kompleks tədbirlər keçirilir. 5800 nəfərin yaşadığı ərazidə deformasiyaya uğramış yararsız qrunt qazılaraq çıxarılır. 800 nəfərin yaşadığı qəsəbənin Məmmədyarov küçəsində isə 4.200 kv.m. yolda asfaltlanma işləri aparılır.
Sözügedən təmir işləri Azərbaycan Avtomobil Yolları Agentliyi rəhbərliyinin nəzarətində aparılır.