26 avqust tarixində Heydər Əliyev Fondu tərəfindən uşaq və ahıllar evinin sakinləri ilə görüş keçirilib.

Görüş əsnasında onlar üçün nahar süfrəsi və əyləncə proqramı təşkil olunub, hədiyyələr verilib. Tədbir 1 saylı uşaq evinin sakinləri Qənirə Zeynalova, Maral Zeynalovanın və pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin sakini Lyudmila Ələkbərovanın doğum günlərinə təsadüf edib.

“Bu ad günüm mənim üçün xüsusilə əzizdir. Bu, həyatımda ən unudulmaz ad günü idi”- deyə Lyudmila Ələkbərova təəssüratlarını bölüşüb.

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqlar, eləcə də yaşlı nəslin nümayəndələri üçün mütəmadi olaraq tədbirlər təşkil edir.