28 avqust tarixində Bakıda və Abşeronda iki yol-nəqliyyat qəzası baş verib.

Qaradağ rayonu Sədərək yolunda iki maşın toqquşub. Qəza xəsarətsiz ötüşüb.

Abşeron rayon Xırdalan şəhərində avtomobil 72 yaşlı Sədaqət Mazlamovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktlarla bağlı araşdırma başlayıb.