Son vaxtlar sürücülər tez-tez avtomobillərin yanması ilə qarşılaşır. Əsasən yanmalar mühərrik hissəsindən başlayır. Alışan avtomobillər sırasında ən çox xaricdən gətirilənlər üstünlük təşkil edir.

Dövlət Gömrük Komitəsinə əsasən bu ilin iyun ayına qədər 40 minə yaxın avtomobil idxal olunub ki, bu da keçən illə müqayisədə 70 faiz çoxdur. Xaricdə sel suları altında qalan avtomobillər ucuz qiymətə hərraca çıxarılır. Ölkəyə gətirilən həmin nəqliyyat vasitələrinin elektrik naqillərində korroziya yaranır və yanmaya səbəb olur.

90%-dən yuxarı avtomobillərin yanmasına elektrik sisteminə əlavə avadanlıqların (ksenon lampalar, audio sistem və s.)  quraşdırılması səbəb olur. Bəzi ustalar elektrik naqillərini kustar üsulla izolyasiya edir.

Hadisələrin başvermə səbəblərindən daha biri vaxtında elektrik naqillərinə qulluq olunmamasıdır.Bəzən alışma sadəcə naqillərin müəyyən yerlərdən izolyasiyasının pozulması nəticəsində müşahidə olunur. Bununla da naqillər korpusa toxunaraq qısaqapanma yaradır və alovun yaranmasına gətirib çıxarır.

Avtomobildəki borulardan yanacaq və ya yağların axması da yanğına səbəb ola bilər.