Bakının Binəqədi rayonunda tametlə örtülən şam ağacı quruma təhlükəsindən xilas olunub. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Bir neçə gün əvvəl sosial şəbəkələrdə ağacın fotoları yayılıb. Sakinlər narahatçılığını bildirərək qeyd ediblər ki, Svetlana Məmmədova küçəsindəki ağacın susuz qalması onların qurumasına gətirib çıxaracaq. Nəticədə küçə kölgəsiz və oksigensiz qalacaq.

Ağacın yerləşdiyi ünvana 79 saylı Mənzil Kommunal İstismar Sahəsinin işçiləri cəlb olunub və həmin ağacın dibi daş döşəmədən təmizlənib.