Paytaxtın Nizami rayonunda 2 dələduz müxtəlif şirkətlərə 30.000 manat ziyan vurublar. Bu haqda DİN mətbuat xidməti bu gün, 28 avqust tarixində məlumat yayıb.

Rüstəm Tinayev və Turqut Quliyev öz məhsullarını onlayn yolla satan şirkətlərdən sifariş verib onları Nizami rayonundakı ünvanlara çağırırdılar. Sonra fərqli yollarla malları götürüb ödənişi etmədən məkandan qaçırdılar. Daha sonra fırıldaqçılar oğurladıqları malları satıblar.

Bu üsullar onlar 20-yə yaxın şirkətə ziyan vurublar.

Faktla bağlı araşdırma davam edir.

Bundan əvvəl, 24 avqust tarixində dələduzluq halı qeydə alınmışdır. Özünü İmam Mehdi kimi təqdim edən şəxs müxtəlif insanlardan külli miqdarda pul mənimsəmişdir.