Fövqəlada Hallar Nazirliyinin saytında yayılan məlumata görə, Nizami rayonu Qara Qarayev prospektində yerləşən tikinti materialları satışı mağazası yanıb. Hadisə bu gün, 28 avqust səhər saatlarında qeydə alınıb.
Ümumi sahəsi 30 kv.m olan mağazasının 10 m² sahədə döşəməsi və taxtadan ibarət 9 m² sahədə arakəsmə divarı yanıb. Yanğınsöndürənlər tərəfindən mağazanın qalan hissəsi və bitişik ticərət obyektləri yanmasının qarşısı alınıb.
Daha öncə, 25 avust Xəzər rayonunda 20 kv.m sahəsi olan köməkçi tikili içərisindəki məişət əşyaları ilə birlikdə tamamilə yanıb.