Prezident İlham Əliyevin sərəncamına əsasən Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına 7,4 milyon manat ayrılıb. Bu haqda 27 avqust tarixində məlumat yayılıb.
Təmir-tikinti işləri Sabunçu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aparılır.
Bundan əlavə, paytaxtın Qaradağ rayonunun yollarında təmir-bərpa işləri aparılır.