30 avqust-5 sentyabr tarixlərində Bakıda YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fotojurnalist, Azərbaycanın müasir fotoqraflarından olan Fərid Xayrulinə (1947-2020) həsr olunmuş xatirə sərgisi keçiriləcək. Sərginin açılış mərasimi 30 avqust, saat 19:30-da baş tutacaq. Açılışda iştirak dəvətnamə ilə mümkün olacaq.

Sərgidə fotoqrafın şəxsi kolleksiyasından olan 40-dan çox əsər yer alacaq.

Tədbir çərçivəsində fotoqrafın xatirə axşamı da keçiriləcəkdir. Burada Fərid Xayrulinin həmkarları, dostları və ailə üzvləri iştirak edəcəklər.

Nümayiş olunan fotolarla baxmaq istəyən böyüklər üçün bilet 2 manat, uşaqlar üçün isə 20 qəpik təşkil edir.

Tədbiri həmçinin Zoom canlı yayımı və festivalın YouTube səhifəsi vasitəsilə izləmək imkanı olacaq.