Bu gün, 28 avqust tarixində bakılı idmançı Tokio-2020 paralimpiya oyunlarında yüksək nailiyyət qazanıb. O, millimizin hesabına dördüncü qızıl medal yazdırıb.

Qadınlar arasında cüdo üzrə 57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva finaldakı rəqibini Özbəkistanlı Parvina Səməndərovanı məğlub edərək bu oyunların dördüncü qızıl medalını qazanıb. O, rəqibini vaza-ari xalı (7:0) ilə məğlub edib.

Hal-hazırda millimizin hesabında 6 qızıl və 2 bürünc medal var.

Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır.

Foto Bakuplus.az
Foto Bakuplus.az