Avqustun son istirahət günlərini film izləmək üçün fərqli məkanları təqdim edirik.

28 avqust tarixində Buzovnada yerləşən Buz Bar çimərliyində saat 20:00-da “Sweet Girl” (rus dilində) və “Rose İsland” (türk dilində) filmlərini saat 22:00-da izləyə bilərsiniz. Bir nəfər üçün nümayişin qiyməti 10 manatdır.

29 avqustda isə həmin məkanda saat 20:00-da “Those Who Wish Me Dead” (rus dilində) və 22:00-da “Enola Holmes” (rus dilində) nümayiş olunacaq.

Park abu-havasına üstünlük verənlər 29 avqust Qubernator Cafe-də sadəcə yer sifariş etməklə “Central Intelligence” (rus dilində) filminə baxa bilər.

Salaam Cinema Baku-da Salaam Cinema (fars dilində, azərbaycan alt yazılarla) filminin nümayişini 29 avqustda təşkil edəcək. Baxışda iştirakın qiyməti 3 manat təşkil edir və qeydiyyatdan keçməyə ehtiyac yoxdur, 20:00 da bileti qapıdan əldə edib baxa bilərsiniz.

 

Ətraflı məlumat və yer sifarişi üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Buz Bar: +994 50 785 08 88

Qubernator Cafe: +994 50 480 00 99, +994 12 497 49 29