Bakıda daha bir narkotik maddələrin satışıyla məşğul olan dəstə saxlanılıb. Bu haqda DİN-in mətbuat xidməti bu gün, 30 avqust tarixində məlumat yayıb.

Abşeron, Yasamal və Səbail rayonlarında keçirilən əməliyyatlar zamanı 4 nəfər narkotacir Mehran Musayev, Əli Mirzəyev, Şamil Nuriyev və Məhərrəm Fariqov saxlanılıblar.

Onlardan ümumilikdə 16,6 kiloqramdan çox narkotik vasitələr aşkar edilərək götürülüb.

Son əməliyyatlar zamanı ölkə ərazisində ümumilikdə 91 kiloqramdan artıq “kola” və “kakos” adlanan narkotik vasitə, heroin və metamfetamin, eləcə də 500 ədəd metadon həbi dövriyyədən çıxarılıb.