Bakıda 66 nömrəli marşrut xəttində daha bir müvəqqəti dəyişiklik olub. Bu barədə Bakı Nəqliyyat Agentliyi bu gün, 30 avqust tarixində məlumat yayıb.

Dəyişiklik Nazim İsmayılov küçəsində aparılan təmir-bərpa işləri ilə əlaqədardır. Yeni hərəkət sxemi aşağıdakı küçələrdən keçəcək:

  • Sakit Qocayev,
  • Əhməd Mehbalıyev
  • Zaur Şərifovv

Təmir işləri bitənə qədər cari marşrut tərtib olunacaq.

Daha öncə eyni nömrəli marşrut xəttinin hərəkət sxemi 19 avqust 2021-ci il tarixindən müvəqqəti dəyişdirilmişdir.