Bu gün, 30 avqust gecə saatlarında Bakı şəhəri Səbail rayonunun 20-ci sahə adlanan ərazisində iki nəfərin xəsarət alması ilə nəticələn qəza baş verib.

“KamAz” markalı yük avtomobilinin “Toyota” markalı minik avtomobili ilə toqquşması nəticəsində “Toyota”-da iki nəfər sıxılı vəziyyətdə qalıb. Onlar FHN əməkdaşları tərəfindən avtomobildən çıxarılıblar. Həmin insanlar xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Daha öncə, Bakının Ziya Bünyadov prospektində 23 avqust tarixində yol nəqliyyat hadisəsi baş vermişdir. “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirərək bordürə dəymişdir, daha sonra “Kamaza” çırpılmışdır.