Bakılı karateçi Ayxan Mamayev idman karyerasını bitirib. Bu haqda 30 avqust tarixində o öz instagram səhifəsində paylaşım edib.
Mamayev bildirib ki , 23 il karate idman növü ilə məşğul olduğu müddətdə, Bakı 2015 Avropa oyunları onun üçün ən gözəl, ən parlaq və ən yadda qalan yarış olub. Həmçinin paylaşımda qeyd edib ki, idman karyerasından istəmədən ayrılıb. Sonda o, başda ailəsi olmaqla bu yolda ona dəstək olan hər kəsə çox sağol deyib.
Qeyd edək ki, Mamayev serjant olduğu Çevik Polis Alayından da ayrılıb.
