Binəqədi rayonunun Pirşağı qəsəbəsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bu gün, 30 avqustda məlumat yayıb.

K.Əliyevin idarə etdiyi “Opel” markalı avtomobil yolu keçən paytaxt sakini Aslan Məmmədovanı vurub. Xəstəxanaya çatdırılan Məmmədova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha bir ölümlə nəticələnən yol nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb. Quba rayon sakini Fərid Qayıbovu “Hyundai” markalı avtomobil vurub.