Xəzər rayonunda qadına hücüm edib ondan oğurluq edən şəxs saxlanılıb. O, 30 avqust tarixində Xəzər Rayon Polis əməkdaşları tərəfindən tutulub.

27 avqust tarixində Binə qəsəbəsi sakininə naməlum kişi hücüm edib. Avtobus dayanacağında həmən şəxs qadının boğazından tutub və müxtəlif bədən xəsarətləri yetirib. Oğru zərərçəkənin əl çantasını almaq istəyən zaman pul kisəsi yerə düşüb və onu götürərək hadisə yerindən qaçıb.

Zərəçəkən bildirib ki, pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələri və əmək haqqı kartı olub.

Qadın polis idarəsinə müraciət edib və müşahidə kamerası vasitəsilə dələduzun kimliyi bilinib. Axtarış nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb.

Mirzəyevə qarşı cinayət işi başlanılıb.