Ötən gecə Nizami rayonunda 6 aylıq uşağı avtomobil vurub.

İki avtomobil toqquşduqdan sonra nəqliyyat vasitələrdən biri yolu keçən 28 yaşlı Urfanə Mövsümova və 6 aylıq Zeynəbxanım Mövsümovanı vurub. Hər ikisi ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Daha bir hadisə Nərimanov rayonunda qeydə alınıb. 55 yaşlı Mais Əliyevə yolu keçərkən avtomobil çırpılıb.

Bunlardan əlavə, daha 3 yol nəqliyyat hadisəsi paytaxtın Nərimanov, Nəsimi və Yasamal rayonlarında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 2 qadın və 1 kişi xəsarət alıb.

Faktlarla bağlı araşdırmalar aparılır.