Paytaxtın Xətai rayonunda qətl hadisəsi qeydə alınıb. Bu haqda APA bu gün, 30 avqust tarixində məlumat yayıb.

“Beerlin pub” adlı iaşə obyektində mühafizəçi Orxan Şahbazov ora müştəri kimi gələn 40 yaşlı Vüqar Mustafayevi döyərək öldürüb.

Şahbazov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Cari ilin birinci yarımilliyində ölkə üzrə 14.058 cinayət işi qeydə alınıb. Bunlardan 42,6% yəni 5592-si Bakı şəhərinin payına düşür. Paytaxtda qeydə alınan cinayətlərin 1019-u ağır növlər təşkil edir.