Bakı şəhəri, Nəsimi rayonunda asfatla örtülən ağacların dibi asfaltdan təmizlənib. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Vaqif Cavadov bu gün, 31 avqust tarixində məlumat verib.

Ağacların fotoları dünən sosial şəbəkələrdə yayılıb. Paylaşımda qeyd olunur ki, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən tikinti şirkəti ağacları budayıb, dibini isə betonlayıb.

“Əməkdaşlarımızın nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri tərəfindən ərazidəki ağacların dibi asfaltdan təmizlənib və onlara aqrotexniki xidmət göstərilib”,- deyə Cavadov bildirib.

Oxşar hadisə 27 avqust tarixində baş verib. Binəqədi rayonunda Svetlana Məmmədova küçəsindəki tametlə örtülən şam ağacının dibi təmizlənmişdir.

Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı
Foto ETSN-in rəsmi saytı