Paytaxtın “20 yanvar” dairəsi adlanan ərazidə avtomobil yolları bağlanıb. Bu haqda az öncə, 31 avqustda BNA məlumat yayıb.
Tbilisi prospektinin Cavadxan küçəsilə kəsişməsində yük avtomobili aşıb və yola yağ dağılıb. Hal-hazırda ərazidə təmizlənmə işləri aparılır.
Sərnişin avotbusları və digər nəqliyyat vasitələri alternativ yollara yönləndirilib.
Xəbər yenilənib – 10:57
Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən 20 Yanvar dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.


